Ana səhifə - Jurnal haqqında

"Qafqazşünaslıq" elmi-nəzəri jurnalı AMEA Rəyasət Heyətinin 01.11.2017-ci il tarixli 12/10 nömrəli qərarı ilə təsis edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 21.11.2017-ci il tarixli N4150 nömrəli reyestr ilə qeydiyyatdan keçmişdir.

 

Jurnalın bölmələri:


  • Qafqaz regionunda baş verən siyasi, sosial-iqtisadi və b. proseslər;
  • Qafqazda münaqişələr;
  • Qafqazda dinlər və dinlərarası münasibətlər;
  • Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi;
  • Qafqazda geosiyasi şərait;
  • Qafqaz ölkələrinin xarici siyasəti və qarşılıqlı münasibətləri;
  • böyük dövlətlərin və digər ölkələrin Qafqaz regionuna dair siyasəti;
  • beynəlxalq təşkilatların Qafqaz siyasəti;
  • əsərlərin rəyləşdirilməsi;
  • elmi həyat (keçirilmiş və keçirilməsi planlaşdırılan elmi konfranslar haqqında məlumatların dərci);
  • diskussiya kürsüsü.

Məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul olunur.

Məqalələr analitik xarakter daşımalı və akademik tələblərə cavab verməlidir.