Ana səhifə - Arxiv

AZƏRBAYCAN MƏDƏNİ İRSİNİN NÜMUNƏSİ OLAN MİLLİ GƏNCƏ XALÇALARI

Elnur Həsənov

İlk dəfə olaraq Gəncə şəhərində ənənəvi xalçaçılığın təşəkkülü və inkişafı tarixinin müxtəlif yazılı elmi ədəbiyyatlar, tarixi mənbələr, arxiv sənədləri, həmçinin arxeoloji tapıntılar və çöl etnoqrafik materialları əsasında öyrənilməsinin Qafqazın mədəniyyət tarixinin, dekorativ sənət növlərinin və etnoqrafiyasının tədqiqində əhəmiyyəti araşdırılmışdır. Komparativ (qarşılıqlı müqayisəli) elmi üsulların tətbiqi sayəsində tədqiq olunan çoxsaylı xalçaçılıq nümunələrinin dekorativ-tətbiqi cəhətləri, səciyyəvi naxışlanma xüsusiyyətləri öyrənilmişdir. Bir sıra nəfis və təkrarsız sənətkarlıq xüsusiyyətlərinə malik olması ilə seçilən Gəncə xalçaçılıq sənəti məmulatlarının bütövlükdə Qafqaz bölgəsinin maddi və mənəvi mədəniyyətinin, çoxəsrlik sənətkarlıq ənənələrinin, yerli xalqlarının bir sıra etnik dəyərlərinin, özünəməxsus həyat tərzinin, məişətinin və təsərrüfat fəaliyyətinin səciyyəvi cəhətlərinin üzə çıxarılmasında sahib olduğu mənbəşünaslıq dəyəri tədqiq olunmuşdur.

Bəhs edilən və qədim tarixə malik toxuculuq sənəti sahəsi olan xalçaçılığın Qafqaz bölgəsində ticarətin inkişafı, şəhər mədəniyyətinin təşəkkülü, yerli xalqlar arasında mədəni, ictimai, siyasi münasibətlərin inkişafında rolu öyrənilmiş, qədim İpək Yolu üzərində yerləşən Gəncə kimi bir çox şəhərlərin tərəqqisində bu sənətkarlıq sahəsinin dəyəri elmi əsaslarla araşdırılmışdır. Tədqiqat əsərində yerli xalçaçılıq nümunələrinin naxışlarında bu qədim bölgədə yaşayan yerli xalqlara məxsus mərdlik, sözünə bütövlülük, sədaqətlilik, qonaqpərvərlik, zəngin süfrə mədəniyyətinə sahib olmaq, dini və milli dözümlülük olan tolerantlıq, birgəyaşayış mədəniyyəti - multikulturalizm kimi xüsusiyyətlərinin öz əksini tapması nümunələrlə əsaslandırılmışdır.

Açar sözlər: Gəncə, Azərbaycan, Qafqaz, tarixi-etnoqrafik tədqiqat, sənətkarlıq ənənələri, maddi mədəniyyət nümunələri, toxuculuq, xalçaçılıq

Məqaləyə baxın(1661)
Ədəbiyyat
  1. Hasanov E.L. Innovative basis of research of technologic features of some craftsmanship traditions of Ganja (On the sample of carpets of XIX century) // International Journal of Environmental and Science Education, 2016, vol. 11, Issue 14, p. 6704-6714
  2. Нейматова М. Эпиграфические памятники Гянджи. Баку, 1991, с. 4-7
  3. Azərbaycan etnoqrafiyası: 3 cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007, 544 s.
  4. Ализаде А.А. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв. Баку: Изд-во АН Аз. ССР, 1956, с. 17
  5. Hasanov S.L., Hasanov E.L. Applied features of comparative technical, sociological investigation of historical and contemporary heritage of Azerbaijan // International Scientific Journal Theoretical & Applied Science, 2018. Issue 1, vol. 57, part 1. p. 9-16
  6. Həsənov E.L. Azərbaycan ziyarətgahları: Gəncə İmamzadə türbəsi. Bakı: Elm və təhsil, 2012, 268 s.
  7. Azərbaycan incəsənəti. VIII cild. Bakı: Elm, 1959, 276 s.
  8. Əhmədov F.M. Gəncənin tarix yaddaşı. Gəncə: Elm, 2007, 246 s.
  9. Hasanov E.L. Aspetti Culturali della Ricerca delle Tradizioni Artigianali di Ganja dei Secoli XIX-XX // Mediterranean Journal of Social Sciences, Rome. March 2015, vol. 6, № 2, Supplement 1, p. 372-375. Doi:10.5901/mjss.2015.v6n2s1p372
  10. Əhmədov F.M. XIX-XX əsrlərin hüdudlarında Gəncənin yaşayış məhəllələri və ticarət obyektləri / Azərbaycanın qərb regionunun problemlərinə həsr olunmuş elmi-tədqiqat işlərinin yekunları elmi-təcrübi konfransının materialları. Bakı, 1989, s. 247
  11. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə şəhər filialı. 20, siyahı 1, iş 17
  12. Häsänow E.L. Ethno-anthropologische merkmale der Gändschänischen Teppiche von XIX-XX jahrhundert (auf die 220-jährige jubiläum der Aserbaidschanischen gelehrten und dichter gewidmet Mirsä Schäfi Waseh) // Austrian Journal of Humanities and Social Sciences, 2014, №1, p. 3-4
  13. Mustafayev A.N. Azərbaycanda sənətkarlıq. Bakı: Altay, 2001, 232 s.
  14. Quliyeva N.M., Həsənov E.L. Gəncə boyaqxanaları XIX əsr və XX əsrin əvvəllərində (Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin materialları əsasında) / AMEA Milli Azərbaycan Tarixi Muzeyi. Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu. III Respublika elmi konfransının materialları. Bakı, 18-19 aprel 2013, s. 149-152
  15. Məmmədov F.N. XIX əsrdə Gəncə şəhərinin ərazisi, əhalisi və idarəsi (1868-ci ilə qədər) // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri (Tarix, fəlsəfə və hüquq seriyası), 1976, № 3, s. 30-37
  16. Hasanov E.L. Applied significance of investigation of handicrafts branches in Ganja city based on innovative technologies (Historical-ethnographic research). Prague: Vědecko vydavatelské centrum «Sociosféra-CZ» (Czech Republic), 2018, 110 p. ISBN 978-80-7526-323-0
  17. Памятная книжка Елисаветпольской губернiи на 1914 годъ. Елисаветполь, 1910, 337 c.
  18. Guliyeva N.M., Hasanov E.L. Investigation of basic decorative-applied arts of Ganja on the basis of some innovative arguments and technologies / Science and Society: Proceedings of the 3rd International scientific-practical conference. London: Scieuro, 2013, p. 281-291
  19. Azərbaycan arxeologiyası. 6 cilddə, VI cild. Bakı: Şərq-Qərb nəşriyyatı, 2008, 632 s.
  20. Mustafayev C.M. Orta əsrlərdə sənətkar təşkilatları // Cahan jurnalı, 1998, № 4, s. 17-21