Ana səhifə - Arxiv

İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ RUSİYA FEDERASİYASININ MÖVQEYİ

Emin Şıxəliyev

Təxminən 30 ilə yaxın idi ki, öz həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gələcəyi ilə bağlı qeyri-müəyyən bir vəziyyət yaranmışdı. ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə problemin həllinə dair səylər sürətləndirilsə də, 26 il davam edən sülh müzakirələri gözləntiləri doğrultmamış və nəticəsiz qalmışdır. Problemin həll edilə bilməməsində başlıca amil Rusiya faktoru idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Rusiyanın geosiyasi prioritetləri və maraqları baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Rusiya uzun müddət Cənubi Qafqazda və Azərbaycanda sabitliyin pozulmasına çalışmış və dolayısı ilə Ermənistanı dəstəkləmişdir. Halbuki ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq bu dövlətin əsas vəzifəsi tərəflər arasında qalıcı və ədalətli sülhü təmin etmək idi. Qeyd edilməsi vacib olan məsələlərdən biri budur ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq Rusiya özünü bu münaqişə orbitinə cəlb etdirməklə problemin açarının bilavasitə özündə olduğunu bəyan etmişdi. Şübhəsiz ki, Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğalının davam etməsi müharibə ehtimalını artırmaqdaydı. Ermənistanın növbəti təxribatçı fəaliyyətləri ani müharibənin baş verməsinə səbəb oldu. Özünü Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqlarının icraçısı olaraq görən və daim dəstəklənəcəyini ümid edən Ermənistan təmas xəttini pozdu. Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi özündən razı və beynəlxalq hüquqa zidd olan rəsmi bəyanat səsləndirməsi, eyni zamanda yeni macəra həvəsiylə atdığı yanlış addımlar Azərbaycan baxımından gözlənən strateji məqamın xəbərçisinə çevrildi. Nəticədə Azərbaycan qanuni özünümüdafiə hüququna əsaslanaraq işğal altındakı topraqlarını xilas etdi. Məqalədə İkinci Qarabağ müharibəsində Rusiya Federasiyasının rolu və mövqeyi analitik süzgəcdən keçirilmişdir.

Açar sözlər: İkinci Qarabağ müharibəsi, Rusiya Federasiyası, geosiyasi həmlələr, Ermənistan, Azərbaycan, Şuşa Bəyannaməsi

Məqaləyə baxın(1641)
Ədəbiyyat

 

  1. Araz Aslanlı. “Moskva görüşünün nəticəsi: rahatlıq da var, narahatlıq da”. https://ayna.az/news/23152 QAFQAZŞÜNASLIQ №1 (3), 2022
  2.  Aslanlı Araz. Şuşa beyannamesi bölgesel barış ve işbirliğinin teminatı. https://www.aa.com.tr/tr/analiz/susa-beyannamesi-bolgesel-baris-ve-is-birligininteminati/2280430?fbclid=IwAR0IHcaCOljQ7YEX8LVzK_vyfcfGk2IfRbzj0ERXsd2jl uyTmJJqVCv8oWc
  3. Azərbaycan, Rusiya və Ermənistanın XİN başçıları bəyanat qəbul ediblər. https://report.az/dagliq-qarabag-munaqishesi/azerbaycan-ve-ermenistan-xinbascilarinin-ucterefli-gorusu-basa-catdi/
  4. Azərbaycan və Ermənistan humanitar atəşkəs barədə razılığa gəldi. https://modern.az/az/news/260857
  5.  Elçin Əhmədov. “Azərbaycanın diplomatik, hərbi uğurları və böyük güclərin ermənipərəst siyasəti”. http://newtimes.az/az/organisations/6883/
  6. Ermənistan-Azərbaycan arasında daimi atəşkəs yalnız BMT qətnamələrinin şərtləri daxilində mümkündür. https://fed.az/az/qarabag/turkiye-xin-ermenistan-azerbaycanarasinda-daimi-ateskes-yalniz-bmt-qetnamelerinin-sertleri-daxilinde-mumkundur-91600
  7.  İlham Əliyev xalqa müraciət edib. https://president.az/articles/45924
  8.  Kürşat Zorlu. “Karabağ zirvesinin en önemli neticesi ne oldu?” https://www.haberturk.com/yazarlar/prof-dr-kursad-zorlu/2934124-karabag-zirvesininen-onemli-neticesi-ne-oldu
  9. Quluzadə Vəfa. Gələcəyin üfüqləri (Azərbaycan Respublikasının xarici siyasəti barədə mülahizələr, müsahibələr, şərhlər). Bakı: Azərbaycan nəşriyyatı, 1999, 288 s.
  10. Mehmet Koçak. “Ermeni saldırılarının arkasında kimler var?” https:/hyetert.org/2020/07/29/ermeni-saldirilarinin-arkasinda-kimler-var/.
  11. Pompeo Azərbaycan ve Ermənistan Xarici İşlər nazirləri ilə görüşdü. www.amerikaninsesi.org/a/pompeo-azərbaycan-və-ermənistan-xarici-işlər-nazirləri-iləgörüşüb/5633126.html
  12. “Rusya’ya karşı gelenlerin toprak bütünlüğü ihlal ediliyor – Gürcistan, Ukrayna, Moldova…” – Aleksandr Dugin. https://yenicag.info/rusyaya-karsi-gelenlerin-toprakbutunlugu-ihlal-ediliyor-gurcistan-ukrayna-moldova-aleksandr-dugin/embed
  13. Suinbay Suyundikov. “Ermeni saldırılarının arka planı ve Türk Dünyası”. https://www.21yyte.org/tr/fikir-tanki/ermeni-saldirisinin-arka-plani-ve-turk-dunyasi