Ana səhifə - Arxiv

İRAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNDƏ ERMƏNİ CƏMİYYƏTİ VƏ DİASPORA FAKTORU

Elnur Kəlbizadə

1991-ci ildə müstəqilliyini elan edən Ermənistanın xarici siyasətinin həyata keçirilməsində, bir sıra ölkələrlə iqtisadi, humanitar əlaqələrin qurulmasında erməni diasporası amili əhəmiyyətli rol oynamışdır. SSRİ-nin süqutuna qədərki dövrdə bu ölkədə siyasi proseslərə müxtəlif formalarda, əsasən gizli təsir göstərməyə çalışan “Spryuk” (diaspora) 1991-ci ildən etibarən ölkə siyasətinə daha geniş təsir imkanları qazanmışdır. Bəzi dövrlərdə “spryuk”la Ermənistandakı siyasi rejimlər arasında müəyyən məsələlərdə fikir ayrılıqları yaşansa da, son nəticədə “ümumerməni işi” ilə bağlı məsələlərdə hər iki qüvvə eyni hədəflər uğrunda birləşə bilmişdir. Ermənistan xarici siyasət məsələlərinin həyata keçirilməsində, “soyqırımı məsələsi” ilə bağlı təbliğatın aparılmasına, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pərdələmək üçün həqiqətlərin təhrif edilməsində diasporadan fəal şəkildə istifadə etmişdir.

Ermənistanın cənub qonşusu, əsas regional geosiyasi oyunçulardan biri olan İran İslam Respublikası ilə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində də erməni icması və diasporası amili əhəmiyyətli rol oynamışdır. Ermənistan tərəfi öz siyasi məqsədlərinə uyğun olaraq İrandakı erməni toplumunu daha çox diaspora kimi təqdim etməyə çalışsa da, tarixi və məskunlaşma xüsusiyyətləri bu toplumu daha çox diaspora kimi xarakterizə etməyə imkan verir.

1991-ci ildən sonrakı mərhələdə İran İslam Respublikası ilə Ermənistan arasında əlaqələrin qurulmasına İrandakı erməni icmasının və diasporasının təsiri məsələsinin tədqiqi mövzunun aktuallığını şərtləndirir. İcma və diasporanın imkanlarından Ermənistan dövlətinin hansı istiqamətlərdə istifadə etdiyini aydınlaşdırmağa imkan verir.

Mövzunun tədqiq edilməsi üçün siyasi realizm nəzəriyyəsinin metodoloji prinsiplərinə üstünlük verilmişdir. Məqalənin yazılması zamanı ümumi tədqiqat metodlarından sosioloji və kulturoloji metodlara, tətbiqi tədqiqat metodlarından isə əsasən eksplikativ metodlara üstünlük verilmişdir.

Məqalədə İrandakı erməni toplumunun icma deyil diaspora kimi təqdim edilməsindəki məqsəd aydınlaşdırılmış, ermənilərin İran İslam Respublikasının siyasi həyatındakı rolu iki ölkə arasında münasibətlər konstekstində qiymətləndirilmişdir.

Açar sözlər: diaspora (spryuk), icma, İran, Ermənistan, beynəlxalq münasibətlər, milli siyasət

Məqaləyə baxın(2495)
Ədəbiyyat
  1. اکبر ولیزاده ، شیوا علی زاده. دیاسپورای ارمانی :فرصت ها وتحدیدهای پیش روی ایران، فصلنامه سیاست، دوره ۴۵، شماره ۴، زمستان، ۱۳۹۴، ۱۰۷۵-۱۰۹۴ ۰  
  2. İran İslam Cümhuriyyətinin Əsas Qanunu. Bakı:Qızıl Şərq, 1993, 96 s.
  3. Safran, W. ‘Diaspora in Modern Societies: Myths of Homeland and Return’// Diaspora, 1991, № 1(1), pp. 83-99.
  4. Cohen, R. Global Diasporas: An Introduction. London: UCL Press, 1997, 228 p.
  5. محمد ‏ رسولی. نگاهی به روابط برون گروهی دیاسپورای ارمنی با تکیه‌بر مفهوم «حافظه جمعی» (مطالعه ای انسان‌شناختی در ارامنه ایران)// فصلنامه علوم اجتماعی. سال ۰۲۵ شماره ۷۰ پاییز ۱۳۹۴، ص. 315-368.
  6. Stepanian K Armenians torn over emigration from Iran. 2010. Available at: payvand.com/news/10/aug/1300.html (last visited 23 May 2018).
  7. İskandaryan Gohar. The Armenian community in Iran: Issues and emigration // 3 Global Campus Human Rights Journal, 2019, p. 127-140.
  8. آنوشیک ملکی. نگاهی اجمالی بر حوزه های انتخاباتی ارمنیان در مجلس شورای اسلامی// https://www.paymanonline.com/نگاهی-اجمالی-بر-حوزه-های-انتخاباتی-ارم
  1. Qasımlı Musa. Azerbaycan, Ermenistan ve Türkiye: Gerçek tarih arayışı (1920-1994) / Musa Qasımlı; çev.: Ali Asker, Nurlana Qasımlı-Mustafayeva. Ankara: AKDTYK Atatürk Araştırma Merkezi, 2019, 642 s.
  2. Kəlbizadə E. Naxçıvanın tarixi-coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan: Əcəmi, 2016, 200 s.
  3. Tavernier J.B. Tavenier Seyahatnamesi. Editör: Stefanos Yerasimos, Çeviren: Teoman Tunçdogan, İstanbul:Kitap Yayınevi, 2006, 343 s.
  4. Пигулевская Н., Якубовский А., Петрушевский И., Строева Л., Беленицкий Л. История Ирана с древнейших времен до конча 18 века. Ленинград, 1958, 387 c.
  5. ARXİNA, Qovluq 21, v. 213. Azərbaycan Respublikasının İrandakı Səfirliyindən daxil olan sənədlər (04.10.1995-09.09.1996)/ Azərbaycan Respublikasının Xarici İşlər Naziri H.Həsənova səfir Ə.Səfərlinin məktubu.
  6. ՀՀ նախագահի առաջին պաշտոնական այցը Իրան. 14.04.2009, www.aysor.am/am/news/2009/04/14/naxiran/20624 [26.01.2019]
  7. Այլևս չունենք Հայաստանի օրակարգ և Սփյուռքի օրակարգ, ունենք համազգային օրակարգ, որի նպատակը համազգային նպատակների իրագործումն է. Նիկոլ Փաշինյանը հանդիպել է Իրանի հայ համայնքի ներկայացուցիչներին. 27.02.2019,
    http://www.primeminister.am/hy/press-release/item/2019/02/27/Nikol-Pashinyan-meets-with-Armenian-community/ [14.04.2019]